"Fənərbağça"nın oyununda qalmaqal

Yoldaşlıq görüşü çərçivəsində keçirilən "Fənərbağça" - "Kukesi" görüşü qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, oyunun sonlarında Albaniya klubunun qapısına ikinci penaltinin təyin edilməsi vəziyyəti gərginləşdirib. 

Qalmaqala ehtiyat oyunçular skamyası da qoşulub.

Qeyd edək ki, oyunun ilk hissəsində iki qol vuran "Kukesi" ikinci hissədə təyin edilən penaltilərdən sonra qələbəni əldən verib.