"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisini hollandiyalı Filip Koku çalışdıracaq. Türkiyə mətbuatında, "Sarı-lacivərdlilər"in 48 yaşlı mütəxəssislə 3 illik razılıq əldə etdiyi haqda xəbərlər yayılıb.

Qeyd edək ki, Filip Koku 2013-cü ildən baş məşqçisi olduğu PSV ilə,  son 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionatının qızıl medallarını qazanıb.