FİFA reytinqi: Milli komanda yeni mövqedə

FİFA milli komandaların növbəti  reytinqini açıqlayıb.

Sportline.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, millimiz ötən ayla müqayisədə 1 pillə geriləyib. Komandamız 275 xalla 119-cu pillədə qərarlaşıb. Ötən ay millinin Antalyada Moldova ilə qolsuz bərabərə qalması xal ehtiyatımızın  281-dən 275-ə qədər enməsi ilə nəticələnib.

Qeyd edək ki, siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1484), Portuqaliya üçüncüdür (1358).