FİFA reytinqi: Millimiz gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 8 pillə geriləyən Azərbaycan seçməsi 127-ci yerdə qərarlaşıb. Bu, FİFA reytinqində ötən ay üçün ən pis göstəricidir:

Millimiz və qonşuları:

124. Tacikistan - 255
125. Bəhreyn - 253
126. Quatemala - 245
127. AZƏRBAYCAN - 243
128. Toqo - 241
129. Tayland - 238
130. Andorra - 232

UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan komandaların reytinqi isə belədir:

97. Farer adaları - 364
176. Kosovo - 97
185. Malta - 68

Cədvəlin ilk pillələrində dəyişiklik yaşanmayıb:

1. Almaniya - 1609
2. Braziliya - 1489
3. Portuqaliya - 1360
4. Argentina - 1359
5. Belçika - 1337
6-7. Polşa - 1228
6-7. İspaniya - 1228
8. İsveçrə - 1197
9. Fransa - 1185
10. Çili - 1161

Qeyd edək ki, aktivində 730 xal olan Türkiyə millisi 38-ci pillədə qərarlaşıb.