FİFA reytinqi: Şimali Koreya Azərbaycanı keçdi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə iki pillə geriləyən Azərbaycan seçməsi 117-ci yerdədir. Seçməmizin aktivində 281 xal var.

Millimiz bu göstərici ilə Şimali Koreya və Qırğızıstan kimi komandalardan geri düşüb.

112 (114). Türkmənistan – 292
113 (108). Sent-Kitts və Nevis – 291
114 (132). KXDR – 283
115 (125). Bəhreyn – 282
115 (120). Qırğızıstan - 282
117 (115). Azərbaycan – 281
118 (116). Filippin – 280
119 (129). Namibiya - 274
120 (118). Ruanda – 269
121 (112). Yəmən – 268
122 (122). Yeni Zelandiya – 267

İlk "10-luq"da ciddi dəyişiklik olmayıb. Almaniya, Braziliya və Portuqaliya yenə zirvədə qərarlaşıb:

1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (8). İspaniya - 1231
7 (6). Polşa - 1209
8 (11). İsveçrə - 1190
9 (7). Fransa – 1183
10 (9). Çili – 1162

Qeyd edək ki, aktivində 735 xalı olan Türkiyə seçməsi 42-cidir.