FİFA Rusiyaya 36 hakim göndərir

FİFA bu il Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun hakimlərini müəyyənləşdirib. SportLineaz xəbər verir ki, ali futbol qurumu 36 hakimə təklif göndərib. Onlardan 9-u baş hakim funksiyasını icra edəcək.

Baş hakimlər: Fahad əl-Mirdasi (Səudiyyə Ərəbistanı), Alireza Faqani (İran), Bakari Qassama (Qambiya), Uilyam Mark Geyger (ABŞ), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Milorad Maziç (Serbiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya)

Yan xətt hakimləri: Abdulah Alşalvay, Mohammed əl-Abakri (hər ikisi Səudiyyə Ərəbistanı), Reza Sokandan, Mohammedreza Mansuri (hər ikisi İran), Jan-Klod Birumuşahu (Burundi), Marva Ranqe (Keniya), Co Fletçer (Kanada), Karles Justin Morqante (ABŞ), Ernan Maydana, Xuan Pablo Belatti (hər ikisi Argentina), Aleksander Quzman, Kristian de la Kruz (hər ikisi Kolumbiya), Milovan Rıstiç, Dalibor Curceviç (hər ikisi Serbiya), Elentino Di Liberator, Mauro Tonolini (hər ikisi İtaliya), Yure Praprotnik, Robert Vukan (hər ikisi Sloveniya)

Video köməkçi hakimlər: Ravşan İrmatov (Özbəkistan), Malanq Dedui (Seneqal), Jair Marrufo (ABŞ), Enrike Kaseres (Paraqvay), Sandro Rikki (Braziliya), Ovidiu Hateqan (Rumıniya), Artur Dias (Portuqaliya), Klemen Turpin (Fransa)

Ehtiyat hakim: Abdelkader Zituni (Taiti)

Qeyd edək ki, Konfederasiyalar Kuboku 17 iyun – 2 iyul tarixlərində keçiriləcək.