Final matçına təyinatlar açıqlandı

"Keşlə” və "Qəbələ” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununun hakim təyinatları müəyyənləşib. 

Sportline.az  Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, oyunun baş hakimi Rauf Cabbarov olacaq. Ona Nahid Əliyev və Knyaz Əmiraslanov köməklik edəcək. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək. 

 

28 may (bazar ertəsi)

Azərbaycan Kubokunun finalı

 

"Keşlə” – "Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA Nümayəndəsi : Şaiq Həmidov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu, 20:00