Finalçıların duelində "kavalierlər" qalib gəldi

Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm Çempionatında növbəti görüşlər keçirilib. SportLine.az xəbər verir ki, mərkəzi oyun ötən mövsümün finalçıları - "Qolden Steyt Uarriors" və "Klivlend Kavaliers" arasında olub. 

Gözlənildiyi kimi, gərgin keçən matçın taleyi son saniyələrdə həll olunub. Kayri İrvinqin son saniyələrdə qazandığı xal "kavalierlər"ə qələbə qazandırıb - 109:108.