"Formula-1"də Kanada Qran-prisinin qalibi müəyyənləşdi

"Formula-1" yarışında Kanada Qran-prisinə yekun vurulub. SportLine.az xəbər verir ki, finişə 1 saat 28 dəqiqə 31,377 saniyəyə çatan "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen isə üçüncü olub.

7 mərhələdən sonra Fettel 121 xalla 1-ci, "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton 120 xalla ikinci, Bottas isə 86 xalla 3-cüdür.

Avtomobillərin mübarizəsində ilk 3 yerdə "Mercedes" (206 xal), "Ferrari" (189 xal) və "Red Bull" (134 xal) qərarlaşıb.

Qeyd edək ki, növbəti Qran Pri 22 - 24 iyunda Fransada keçiriləcək.