Fransa - Azərbaycan matçının başlanma saatı açıqlandı

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionları müəyyənləşib.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz turnirdə ilk matçını aprelin 4-də Fransa seçməsinə qarşı keçirəcək.

4 aprel

13:30. Fransa – Azərbaycan
Lahti. (Finlandiya) “Kisapuisto” stadionu
 
7 aprel

13:30. Belçika – Azərbaycan  
Lahti. (Finlandiya) “Kisapuisto” stadionu
 
10 aprel

19:30. Azərbaycan – Finlandiya
Vantaa. (Finlandiya) İSS stadionu

Qeyd edək ki, oyunların saatı Bakı vaxtı ilə göstərilib.