Fransa millisi Azərbaycanla oyuna bu heyətlə çıxacaq

Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycanın rəqibi olan Fransa seçməsinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi Pyer Jaki 14 futzalçını komandaya dəvət edib:

Qapıçılar: Joevin Duro, Camel Harun, Ba El Kerrumi;

Sahə oyunçuları: Azdin Ayqoun, Boukkay Ba, Samir Alla, Sid Belhac, Mişel De Sa Andrade, Adrien Qasmi, Samba Kebe, Abdessamad Mohammed, Suheyl Muhiddin, Landri Nqala, Kevn Ramires.

Fransa millisi yarışın hazırlığına yanvarın 20-də start verəcək. 

Qeyd edək ki, Fransa futzalçıları fevralın 2-də Sloveniyada keçiriləcək AVRO-2020-nin qrup mərhələsi çərçivəsində Azərbaycan seçməsi ilə qarşılaşacaqlar.