Fransalı futbolçuya fantastik qiymət qoyuldu

"Pari Sen Jermen" gənc ulduzu Kilian Mbappe ilə vidalaşmağa hazırdır. 

Sportline.az Don Balon-a istinadən xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdır. Parislilər 19 yaşlı hücumçunun transferini 270 milyon avro ilə qiymətləndirirlər. Mançester təmsilçisi isə, Antonio Marsialı da qarşı tərəfə təklif etməklə, bu məbləği bir qədər aşağı salmağa çalışırlar. 

Qeyd edək ki, Mbappe 2017-ci ilin yayında 145 milyon avro müqabilində "Monako"dan transfer olunmuşdu.