Fyodr Yemelyanenkonun çətin qələbəsi

Qaydasız döyüşlərin canlı əfsanəsi Fyodr Yemelyanenko pərəstişkarlarını yenidən sevindirib. SportLine.az xəbər verir ki, 40 yaşlı idmançı ötən gecə braziliyalı Fabio Maldonado ilə amansız döyüşdən qalib ayrılmağı bacarıb. Sankt Peterburq şəhərində keçirilən 3 raundluq görüşun sonunda hakimlər üstünlüyü Yemelyanenkoya veriblər.