Gerye "Qarabağ"dakı taleyinə aydınlıq gətirib

“Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerrye İtaliya A seriyasından təklif alması ilə bağlı xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, o, "İnstaqram" səhifəsi vasitəsilə bu xəbərləri təkzib edib. Haitili futbolçu "Qarabağ"da qalacağını bildirib: “İtaliya klubunda oynamaq üçün “Qarabağ”ı tərk edəcəyimi yazırlar. Lakin bu, düzgün informasiya deyil. Mənim klubumla daha bir illik müqaviləm var. "Qarabağ"dan getmirəm”.

Qeyd edək ki, Donald Gerrye ötən ilin yayından “Qarabağ”ın şərəfini qoruyur. Onun A seriyası klublarından biri ilə razılığa gəldiyi bildirilirdi.