Gimnastlarımız Polşada 7 medal qazandılar

Azərbaycanın bədii gimnastları Nərminə Səmədova və Nərmin Bayramova Polşanın paytaxtı Varşavada "İrina Cup” yarışında gümüş medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından SportLine.az-a verilən məlumata görə, Abdullayeva gənclər arasında bütün alətlər üzrə xalların cəmində ikinci yeri tutub. Bayramova isə yeniyetmələrin yarışında gümüş medal əldə edib.

İdman gimnastları Anar Həsənov və Aydın Əlizadə isə Belarusun Moqilyov şəhərində (baş tutan beynəlxalq turnirdə ümumilikdə 5 medal qazanıblar. Beynəlxalq arenada ilk təcrübələri olmalarına baxmayaraq, 34 iştirakçı arasında fərqlənməyi bacarıblar. Yeniyetmələrin mübarizəsində Əlizadə 6 alət üzrə hərəkətlərinin cəminə görə qızıl, sərbəst hərəkətlərdə isə gümüş medal götürüb

Sərbəst hərəkətlərdə birinci yeri Həsənov tutub. O, paralel qollarda hərəkətlərdə də birinci yeri tutub. Həsənov dəstəli at üzərindəki çıxışına görə isə gümüş medal qazanıb.