"Göztəpə" klubunda ayrılıq

Türkiyənin "Göztəpə" klubunun baş məşqçisi Tamer Tuna istefaya göndərilib.

Sportline.az xəbər verir ki, İzmir təmsilçisi 42 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Qeyd edək ki, Tamer Tuna 2017-2018 mövsümünün əvvəlindən "Göztəpə"ni çalışdırırdı. Komanda son mövsümü 6-cı pillədə başa vurub.