"Göztəpə"nin yeni baş məşqçisi müəyyənləşdi

Türkiyə Super Liqasında mübarizə aparan "Göztəpə" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, komandanı Bayram Bektaş çalışdıracaq. Onunla 1+1 şərti ilə müqavilə imzalanıb. Türkiyəli mütəxəssis, İzmir klubunda Tamer Tunanı əvəzləyib.

Qeyd edək ki, son iş yeri "Ümraniyəspor” olan Bayram Bektaş, əvvəllər "Elazığspor” və "Qazişehir Qaziantep”i çalışdırıb.