Güləşçilərimiz Rusiyaya yollanırlar

Sərbəst güləşçilərimiz oktyabrın 29-da Rusiyanın Nefteuqansk şəhərində Vladimir Semyonovun şərəfinə start götürəcək Yuqra Kubokunda mübarizə aparacaqlar.

Sportline.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək yarış üçün yığmaya 7 pəhləvan cəlb olunub.

Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

 

Qeyd edək ki, 14-cü dəfə keçiriləcək turnirin proqramına əsasən, oktyabrın 28-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaqlar.