Güləş Federasiyası seçmə komandanın məşqçisi ilə yollarını ayırdı

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. 

SportLine.az xəbər verir ki, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək. 

Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi. 

Azərbaycan Güləş Federasiyasının məlumatı