Güləşçilərimiz Belarusdan 11 medalla qayıdır

Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnir başa çatıb.

SportLine.az xəbər verir ki, son yarış günündə Azərbaycan sərbəst güləşçiləri 4, qadın güləşçiləri isə 3 medal qazanıb. Şərif Şərifov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ağahüseyn Mustafayev (70 kq) və Anjela Doroqan (53 kq) ikinci, Murtuzəli Müslimov (70 kq), Elmira Qəmbərova (62 kq) və Səbirə Əliyeva (76 kq) isə üçüncü yeri tutub.

Qeyd edək ki, daha əvvəl 3 qat dünya çempionu Hacı Əliyevin (65 kq) zədəsi olduğundan, məşqçilər korpusu onun finalda güləşməsinə ehtiyac duymayıb. Əliyevlə yanaşı, Murad Süleymanov (86 kq) və Tatyana Omelçenko (59 kq) da gümüş medal qazanıb. İrina Netreba (65 kq) isə bürünc medalla kifayətlənib. Beləliklə, Azərbaycan güləşçiləri turniri 2 qızıl, 5 gümüş, 4 bürünc medalla başa vurub.