Güləşçilərimiz İrana yola düşürlər

İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək.

SportLine.az xəbər verir ki, 1-2 mart tarixlərində keçirilən turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri də iştirak edəcək. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləçimiz qonşu ölkəyə yollanıb.

Heyətdə Əsgər Məmmədəliyev (57 kq), Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Davud İbrahimov (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmayev (97 kq) və Rahid Həmidli (125 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakim Firqət İbrahimov təmsil edəcək.