Güləşçilərimiz qüvvələrini İranda sınayacaqlar

Azərbaycanın sərbəst güləşçiləri İranın Məşhəd şəhərində noyabrın 1-də start götürəcək yeniyetmələr arasında "Seyid Cəfər Musəvi Kuboku”nda iştirak edəcəklər. 

SportLine.az xəbər verir ki, məşqçi Vahid Məmmədov və Namiq Quliyevin rəhbərliyi altında qonşu ölkədə Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (48 kq), Elmir Rüstəmov (51 kq), Zirəddin Bayramov, Məhəmmədəli Quliyev (hər ikisi 55 kq), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev (65 kq), Rəşad Əzizov (71 kq), Abdulcəlal Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Kamran Əliyev təmsil edəcək.

Qeyd edək ki, yarış iki gün davam edəcək.