Güləşçilərimizin Olimpiadadakı rəqibləri bilindi

Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları üçün Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib.

SportLine.az xəbər verir ki, B qrupunda yer alan Şahanə Nəzərova (43 kq) bu gün sırayla Elena Heloisa Martines (Braziliya), Tolulop Kristina Oqunsanya (Nigeriya), Emili Şilson (ABŞ) və Justin Fanni Viquro (Fransa) ilə qarşılaşacaq. 

A qrupunda qərarlaşan sərbəst güləşçimiz Turan Bayramov (65 kq) isə sabah əvvəlcə Tahi Pehi Eynsli Uesterli (Yeni Zelandiya), daha sonra isə İnayət Ullah (Pakistan) ilə münasibətləri aydınlaşdıracaq.