Güləşçilərimizin Polşa sınağı

Polşanın Bıdqoş şəhərində 19 - 23 yaş arası güləşçilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Sportline.az saytına verilən məlumata görə, 21 - 26 noyabrda baş tutacaq çempionatda ilk olaraq yunan-Roma güləşçiləri mübarizə aparacaq. Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Sakit Quliyev (59 kq), Elman Muxtarov (66 kq), Nəsir Həsənov (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (130 kq) artıq Polşaya yola düşüb. 

Böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 qadın güləşçi iştirak edəcək. Heyətdə Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) yer alıb. 

Son yarış günlərində böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilərdən Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Pənah İlyaslı (65 kq), Hacımurad Ömərov (70 kq), Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq)  mübarizəyə qoşulacaqlar.  

Qeyd edək ki, yarışda Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.