Güləşçimiz bürünc medal uğrunda yarışacaq

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, dördüncü yarış günündə məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında qızlardan ibarət yığmamızın iki üzvü mübarizəyə qoşulub. Ceyla Nağızadə (65 kq) təsnifat mərhələsində italyan rəqibinə uduzub. Tatyana Varantsova startda Türkiyə təmsilçisinə qalib gəldikdən sonra Özbəkistan idmançısı ilə qarşılaşıb. Son 10 saniyəyədək 8:4 hesabıyla öndə olan Varantsova ani diqqətsizlikdən rəqibinə 4 xal "bağışlayıb". Sonuncu xal prinsipi Tatyananın məğlubiyyəti ilə nəticələnib. Rəqibi finala çıxdığından yığmamızın üzvü sabah təsəlliverici görüşə çıxacaq.

53 kq 
Təsəlliverici görüş - Tatyana Varantsova
1/4 final - Tatyana Varantsova - Aktenge Keunimyayeva (UZB) 8:8*
Təsnifat - Tatyana Varantsova - Zeynep Yetgil (TUR) 8:5

65 kq
Təsnifat - Ceyla Nağızadə - Yelena Esposito (İTA) 0:4

Azərbaycan Güləş Federasiyasının məlumatı