Güləşçilərimizdən 1 qızıl, 1 bürünc medal

Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri start götürüb.

SportLine.az xəbər verir ki, ilk yarış günündə Taleh Məmmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib və yekunda qızıl medal qazanıb.

Rafiq Hüseynov (82 kq) isə bürünc medala sahib çıxıb.

Azərbaycan Güləş Federasiyasının məlumatı