Güləşçimiz finalda

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

SportLine.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Ən ağır çəkidə mübarizə aparan Sərxan Məmmədov (110 kq) ardıcıl olaraq Hindistan, Polşa və Çexiya təmsilçiləri üzərində tam üstünlüklə qələbə qazanıb və finala yüksəlib. Finalda onun rəqibi Türkiyə idmançısı olacaq. 

Final görüşləri Bakı vaxtilə 7 iyul saat 20:00-da başlayanaq. 

48 kq
1/8 final - İslam Aliev (RUS) - Nihad Quluzadə 9:4
1/16 final - Nihad Quluzadə - Denis Demirov (BUL) 12:5

55 kq
1/8 final - Giorgi Pertaia (GEO) - Murad Abbasov 7:1
1/16 final - Murad Abbasov - Hunter Levis (USA) 11:9

110 kq
FİNAL - Sərxan Məmmədov - Muhammet Bakir (TUR) 
1/2 final - Sərxan Məmmədov - Marcel Albini (CZE) 12:1
1/4 final - Sərxan Məmmədov - Tomas Jacek (POL) 11:2
1/8 final - Sərxan Məmmədov - Narinder Cheema (İND) 9:1