Güləşçimizin olimpiya medalına sahib çıxdı

Yunan-Roma güləşçimiz Vitali Rəhimovun 2008-ci ildə Pekin Olimpiadasında qazandığı gümüş medal yeni sahibinə qovuşub. Sportline.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, söhbət Nurbaxıt Tenizbayevdən gedir. Mükafatı ona Qazaxıstan Milli Olimpiya Komitəsinin baş katibi Daniyar Abulqazin təqdim edib. Beləliklə, 60 kq çəki dərəcəsində bürünc medal qazanan Tenizbayev, 9 ildən sonra daha yüksək əyarlı medala yiyələnib. Qeyd edək ki, Rəhimovdan Pekin-2008-də götürülən analiz ötən il təkrar yoxlanış zamanı müsbət nəticə vermişdi.