Gürcüstanda iki medal

Gürcüstanın paytaxtı Tbilisidə gənc cüdoçular arasında “Zedazeni cup” turniri keçirilib. SportLine.az xəbər verir ki, Azərbaycan milli komandasının heyətində “Qəbələ” İdman Klubunun gənc cüdoçuları da qonşu ölkədə təşkil olunan yarışda qüvvəsini sınayıb. Təmsilçilərimiz yarışı iki medalla başa vurublar. Rövşən Əliyev (55 kq) və Yaqub Cavadov (66 kq) finaladək bütün rəqiblərini məğlub edib. Yalnız həlledici qarşılaşmada məğlub olan cüdoçularımız Tbilisidə gümüş mükafata yiyələnib.

gabalafc.az