Hacı Əliyev: Məşqçilərin etimadını doğrultduq

İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Sportline.az AGF-nin saytına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın üzvü, Olimpiya Oyunlarının bürünc medalçısı və ikiqat Dünya çempionu Hacı Əliyev yarış təəssüratlarını media nümayəndələri ilə bölüşüb.