Hacı Əliyevin dramatik final görüşü

Rusiyanın Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatı sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan təmsilçisi Hacı Əliyev komandamızın aktivinə daha bir qızıl medal yazdırıb. Finalda Rusiya güləşçisi İlyas Bekbulatovla qarşılaşan H.Əliyevin rəqibin ciddi müqaviməti ilə üzləşib. Oyun boyu hesabda geri olan təmsilçimiz son saniyələrdə qələbəni təmin edib. 

Dramatik görüşün videoyazısını diqqətinizə çatdırırıq: