Hacı Əliyevin ustad dərsləri

Olimpiya Güləş Mərkəzində Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə güləş üzrə ustad dərsləri təlimi verib. Sportline.az xəbər verir ki. Master-klass “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Ustad dərsləri idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.
Bu dərslər zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirin praktik məsləhətlərindən yararlanıb.