Hafiz Məmmədov "Qarabağ"ı təbrik edib

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” öz meydanında “Atletiko” ilə qolsuz bərabərliyə qaldığı tarixi oyunu izləyənlər arasında tanınmış azərbaycanlı iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov da olub.

H. Məmmədov matçı “Atletiko”nun prezidenti Enrike Serezo ilə birlikdə izləyib.

Hafiz Məmmədov oyundan sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəllə görüşüb. Hafiz bəy daha sonra onunla futbolçuların geyinmə-soyunma otağına gedib və komandanı tarixi heç-heçə münasibəti ilə təbrik edib.