Haiti millisinin üzvü "Zirə"də

“Zirə” klubu daha bir futbolçunu transfer edib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Haiti yığmasının hücumçusu Kervan Belforla “1+1” illik müqavilə imzalanıb.

Belfor karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra o, Fransa, İsveçrə, Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. 25 yaşlı hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.