Hakimlərimiz növbəti təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri daha bir təyinat alıblar.

Sportline.az xəbər verir ki, söhbət referilər Vaqif Əliyev və Ələkbər Ağakişiyevdən gedir. Onlar  kişi həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışın “Azoty - Pulavu” (Polşa) – “Çamberi Savoie” (Fransa) görüşünü idarə edəcəklər.

Fevralın 24-də Polşada keçiriləcək oyunda Avropa Həndbol Federasiyasının nümayəndəsi Moldovanı təmsil edən Nikolae Vizitiu olacaq.