Hakimlərimiz növbəti təyinat alıblar

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri daha bir yüksək etimada layiq görülüblər.

Sportline.az Avropa Həndbol Federasiyasının saytına istinadən xəbər verir ki, qadın həndbolçuların “Çelenc kuboku” turnirininin, final mərhələsinin cavab matçını Vaqif Əliyevlə Ələkpər Ağakişiyev idarə edəcək. Referilərimiz Polşanın “MKS Perla Lüblin” və İspaniyanın “Rokasa Qran Kanariya” komandalarının görüşündə soz sahibi  olacaqlar. Mayın 13-də Polşanın Lublin şəhərində keçiriləcək oyunda  Avropa Həndbol Federasiyasını rusiyalı Lüdmila Bodniyeva təmsil edəcək. Məlumat üçün onu da bildirək ki, bu komandaların ilk qarşılaşması, mayın 5-də İspaniyada təşkil olunacaq.