Harri Keyn "Tottenhem"lə bağlı qərarını verdi

Harri Keyn daha bir mövsüm "Tottenhem"də çıxış edəcək. SportLine.az xəbər verir ki, bu barədə "Sun" nəşri məlumat yayıb. 

Xəbərə görə, 24 yaşlı hücumçu özünü komandasında xoşbəxt hiss edir və cari mövsümün sonunda Londonu tərk etmək fikrində deyil. Halbuki, H.Keynin "Real"a keçəcəyi bildirilirdi. 

Komandanın digər üzvləri - Tobi Aldervayreld və Denni Rouzun isə "Tottenhem"lə vidalaşacağı ehtimal olunur. Onların hər ikisi ilə "Mançester Yunayted" maraqlanır.