Həndbol üzrə beynəlxalq turnirə start verilib

Paytaxtımız ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol yarışına ev sahibliyi edir. Sportline.az xəbər verir ki, xatirə turnirində Azərbaycanın və Gürcüstanın kişi həndbolçuları mübarizə aparırlar.

Ölkəmizi bu yarışda Azərbaycan çempionu “Bakı” və yenicə başa çatan çempionatın gümüş mükafatını qazanan “Məhsul” komandası təmsil edir. Həndbolçularımızın rəqibləri isə, Gürcüstanın U-20 və “Batumi” kollektivləridir.

Turnirin ilk günündə keçirilən oyunlar həndbolçularımızın qələbəsi ilə nəticələnib. Azərbaycan çempionu “Bakı” Gürcüstanın U-20 komandasına 36-34 hesabı ilə qalib gəlib. “Məhsul” isə, “Batumi” üzərində daha inamlı qələbə çalıb – 37-28.

Qeyd edək ki, xatirə turnirinin qalibi mayın 11-də müəyyənləşəcək.