Həndbol üzrə beynəlxalq turnirə yekun vuruldu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan beynəlxalq həndbol turnirinə bu gün yekun vurulub.

Sportline.az xəbər verir ki, turnirin son oyun günü də, gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb.  “Batumi” və Gürcüstanın U-20 komandasının görüşündə, qalibin adına bir xal aydınlıq gətirib – 37:36. Gərginliyi ilə heç də geri qalmayan “Bakı”  - “Məhsul” matçında isə, ikincilər 41:39 hesabı ilə qalib gəliblər.

Üç gün davam edən maraqlı mübarizənin nəticələrinə əsasən, “Məhsul” komandası yarışın baş mükafatına layiq görülüb. “Bakı” və “Batumi” kollektivləri “ilk üçlüyü” qapayıblar.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir ənənvi xaratkter daşıyır.