Həndbolçularımız beynəlxalq turnirə qatılıblar

Həndbolçularımız gələn il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına ciddi hazırlaşırlar.

Sportline.az xəbər verir ki, qitə miqyaslı yarışda ölkəmizi təmsil edəcək 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət  yığma komanda, müxtəlif beynəlxalq turnirlərdə təcrübə toplayacaq. Belə yarışlardan biri bu günlər Rusiyada keçirilir. Krasnodar şəhərində təşkil olunan turnir Avropa Gənclər Olimpiya Festivalına hazırlıq baxımından yüksək qiymətləndirilir. Turnirə fevralın 12-də yekun vurulacaq.