"Hər oyuna qələbə üçün çıxırıq" - Qurban Qurbanov

"Bizi maraqlı oyun gözləyir. Güclü rəqibə qarşı oynayacağıq. Qazaxıstan millisinin klub səviyyəsində bir çox nailiyyətlər qazanan baş məşqçisi var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın".

SportLine.az sports.kz saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov sabah Qazaxıstana qarşı keçiriləcək yoldaşlıq görüşündən öncə deyib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabah onlardan kimləri meydanda görə bilərik?

- Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.

- Əsas motivasiyanız nə olacaq?

- Qazaxıstan millisi oyuna çox ciddi köklənib. Amma biz də irliləmək istəyirik. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardır. Biz də bu turnirə ən yaxşı şəkildə hazırlaşmaq istəyirik.

- Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?

- Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı oynayırlar, müdafiədən hücuma tez çıxırlar. Bu cür komanda ilə oynamaq asan olmayacaq.

- Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

- Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Oyunçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.

- Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındır ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.