Hərbçilərin dünya çempionatında daha bir medal

Hərbçilərin Litvanın Klaypeda şəhərində keçirilən güləş üzrə 32-ci dünya çempionatında komandamızın daha bir üzvü medal qazanıb. Sportline.az xəbər verir ki, ikinci yarış günündə 86 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Əliyev fəxri kürsüyə yüksəlməyi bacarıb. O, bürünc medal uğrunda görüşdə çinli Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Komanda hesabında Azərbaycanın sərbəst güləş yığması Rusiya və İran millilərindən sonra üçüncü olub.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Qalib Əliyev (61 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal əldə edib. Qadınların yarışında isə Türkan Nəsirova gümüş medala yiyələnib.