Het-trik etdi, "ən yaxşı" seçildi

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Latsio"nun üzvü Çiro İmmobile "ən yaxşı" adına layiq görülüb.

"Styaua" ilə görüşdə het-trik edən italiyalı futbolçu səslərin 49%-nə sahib çıxıb. Onu “Milan”ın hücumçusu Fabio Borini (32%) və “Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.

Qeyd edək ki, "Latsio" "Styaua" ilə görüşdə 5:1 hesablı qələbəyə sevinib.