"Həyəcanın olması normaldır" - Amil Yunanov

Milli komandamız sabah Belarusla yoxlama oyunu keçirəcək.

SportLine.az xəbər verir ki, yığmamızın futbolçusu Amil Yunanov oyundan öncə  jurnalistlərin suallarını cavablandırıb. Yunanov milliyə dəvət alacağına inandığını bildirib:

- İnamım var idi ki, milliyə dəvət alım. Çünki çempionat oyunlarında yaxşı oyun sərgiləyirdim. Çalışacam ki, yaxşı oyun nümyiş etdirim və millidə davamlı olaraq qalım.

- Ramil Şeydayevlə Mahir Mədətov U-21 millisinin heyətində yer alıb. Bunun sənin üçün yaxşı şans olduğunu söyləmək olar?

- Əlbəttə, milli hamı üçün şansdır. Bundan istifadə etməyə çalışacağam. Çempionatda da yaxşı oyun sərgiləyib milliyə dəvət almaq istəyirəm.

- Rəqibimiz olan Belarus yığmasıyla bağlı düşüncən necədir?

- Çətin rəqibdirlər. Amma evdə oynadığımız üçün qələbə qazanmaq istəyirik.

- Rəqiblərimizdən hansı güclüdür: Belarus, yoxsa Makedoniya?

- Makedoniyanı daha üstün tuturam. Belarusun da oyunlarına baxmışıq. Hər iki komanda güclüdür və yaxşı kollektivləri var.

- Həyəcan millidə özünü göstərmək üçün sənə mane ola bilər?

- Həyəcan var və bunun olması normaldır. Çalışacam ki, həyəcanı yox edim və oyunlara köklənim.

Sportal.az