"Hislərimi ifadə etməkdə çətinlik çəkirəm" - Zidan

"Bu, möhtəşəm zəfər idi. Hislərimi ifadə etməkdə çətinlik çəkirəm". SportLine.az xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Zinəddin Zidan "Liverpul"la keçirilən final görüşündən (3:1) sonra deyib.

Zəfər münasibətilə oyunçularını təbrik edən mütəxəssis, "Hər biri möhtəşəm idi. Onlar həmişə qələbəyə acdırlar. Həmişə qələbə və kubok üçün vuruşurlar. Bu gecə də belə oldu. Onlar öz istəklərini meydanda lazımi səviyyədə nümayiş etdirdilər və yekunda istədiklərini əldə etdilər", - deyib.

Qeyd edək ki, "Real" Çempionlar Liqasında ardıcıl üçüncü dəfə kuboka yiyələnib.