"Hyuston Rokets" intriqanı bərpa etdi

Amerika Milli Basketbol Assosiasiyasının çempionatında konfrans finalları davam edir.

SportLine.az xəbər verir ki, ötən gecə azarkeşlərin diqqəti "Hyuston Rokets" - "Qolden Steyt Uarriors" duelinə yönəlib. Seriyanın ilk görüşündə məğlub olan Hyuston basketbolçuları, bu dəfə azarkeşlərini sevindiriblər. 

Oyun boyu üstün olan "raketlər" yekunda 127:105 hesablı qələbəyə seviniblər.

Beləliklə, qərb konfransı final seriyasında vəziyyət bərabərləşib - 1:1.