I Divizionda 4-cü tur start götürüb

Azərbaycan Birinci divizionunda 4-cü tura start verilib.

SportLine.az xəbər verir ki, ilk oyun günündə dörd görüş keçirilib.

“Sumqayıt”ın əvəzedici komandası səfərdə “Ağsu”ya böyük hesabla qalib gəlməklə liderliyə yüksəlib.
“Neftçi-2” isə doğma meydanda “Turan Tovuz”a minimal hesabla qalib gəlib.

“Zaqatala” - “Kəpəz” və “Qaradağ Lökbatan” - “Sabah-2” oyunlarında hesab açılmayıb.

20 sentyabr
Birinci divizion, 4-cü tur


“Ağsu” – “Sumqayıt-2” -  0:3
Qollar
: Məhəmməd Alıyev, 21. Fərid Kərimzadə, 86. Əli Əliyev, 90+3.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Kamranbəy Rəhimov.

“Zaqatala” – “Kəpəz” -  0:0
Hakimlər
: Rəşad Əhmədov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev.

“Qaradağ Lökbatan” – “Sabah-2” -  0:0
Hakimlər:
 Nicat İsmayıllı, Cavanşir Yusifov, Tural Bayramov, Rövşən Rəcəbov.

“Neftçi-2” –“Turan Tovuz” -  1:0
Qol:
 Mirkamil Əliyev, 45.
Hakimlər: Vüqar Həsənli, Mehman Mahmudov, Elxan Əsgərzadə, Ramiz Məhərrəmov.

Qeyd edək ki, turnir cədvəlinə 12 xalla "Sumqayıt-2" başçılıq edir. "Neftçi-2" 10 xalla 2-ci, "Qarabağ-2" isə 9 xalla 3-cüdür.