I Divizionda daha bir kluba texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin bugünkü iclasında birinci divizionun 10-cu turunda keçirilən oyunlarda qeydə alınan qayda pozuntuları da müzakirə olunub.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Keşlə-2” – MOİK matçının 41-ci dəqiqəsində qonaqların inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Bundan başqa, matçın 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

“Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 800 manat cərimə olunub.