İbrahim Şehiç yenidən millidə

Bosniya-Herseqovina seçməsinin DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində Yunanıstana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, baş məşqçi  Mehmet Bazdareviç hazırlıq prosesinə 27 futbolçunu cəlb edib. Onların içində "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də var.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi Yunanıstanla iyunun 9-da öz meydanında qarşılaşacaq.