"İbrahimoviç vaxtında Xorvatiya millisini seçsəydi..."

"Real"ın yarımmüdafiəçisi Luka Modriç karyerası haqda bəzi məsələlərə aydınlıq gətirib. SportLine.az xəbər verir ki, "SVT Sport"a açıqlamasında 32 yaşlı futbolçu gələcək planlarından danışıb:

"Real" kimi komandada çıxış etdiyim üçün özümü xoşbəxt sayıram. Karyeramın sonunadək bu komandada oynamaq istərdim. Bu, alınmasa, İbrahomoviç kimi Amerikaya köçə bilərəm".

Zlatan barədə də fikirlərini bölüşən L.Modriç, "İbra Xorvatiya millisində oynaya bilərdi. Vaxtı ilə, o, bizim millini seçsəydi, möhtəşəm olardı. Kim onunla eyni komandada oynamaq istəmir ki?", - deyib.